Gürcüstanda ötən gün koronavirusdan ölənlərin sayı açıqlandı

  • By admin
  • 25 Aprel 2021 11:10

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  966 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

 

Gununsesi.info –nun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 303 751, ölənlərin sayı isə 4 025 nəfərə çatıb. Virusa yoluxanlardan 285 971 nəfərin sağaldığı bildirilir.

Gununsesi.info