Albaniyada parlament seçkilərində səsvermə başladı

  • By admin
  • 25 Aprel 2021 11:08

Albaniyada Xalq Məclisinə (bir palatalı parlament) seçkilərdə səsvermə başlayıb.

 

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, yerli vaxtla 07: 00-da respublika ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 19: 00-da başa çatacaq.

 

Ölkənin 18 yaşdan yuxarı vətəndaşları – təxminən 3,6 milyon nəfər – aktiv və passiv seçki hüququna malikdirlər.

Gununsesi.info