Rusiyadakı yanğında bir uşaq öldü, ikisi yaralandı

  • By admin
  • 25 Aprel 2021 11:06

Rusiyanın Sverdlovsk vilayətinin Sysert qəsəbəsindəki yaşayış evlərinin birində mənzildə yanğın olub.

 

Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində bir uşaq ölüb, ikisi isə yaralanıb.

 

Yanğınsöndürənlərin gəlişindən əvvəl dördü uşaq olmaqla 24 nəfər müstəqil şəkildə yanğın nərdivanlarından təxliyə olunub. Yanğın söndürülüb.

Gununsesi.info