Hüseyn Abdullayev xəstəxanaya yerləşdirildi - ACLIQ EDƏN SABİQ DEPUTATIN DURUMU AĞIRDIR

  • By admin
  • 25 Aprel 2021 10:54

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev 22.04.2021-ci il tarixdə axşam saatlarında təcili yardım vasitəsilə Penitensiar Xidmətin Müalicə Müəsissəsinə çatdırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin eözlərinə görə, sabiq müayinə olunub:”Səhhəti həddən artıq pisdir. Dünən günün birinci yarısında anası və vəkil Javad Javadov la görüşüb. Görüşə güclə gəlib. Bədənindən üç litrdən çox yığılmış su çıxarılıb. Qanaxma hələ kəsməyib. Dünən günün ikinci yarısı görüşməyə getsəm də müayinə olunduğunu deyərək görüşməyimizə şərait yarada bilmədiklərini dedilər.

Hüseyn Abdullayev ölüm təhlükəsi ilə üz-üzədir və təcili olaraq Mərkəzi Klinik xəstəxanaya yerləşdiliməlidir”.

Qeyd edək ki, həbsdə aclıq aksiyası keçirdiyinə görə, Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu yollayıb.

Günay
Gununsesi.info