HƏMAS-dan SON DƏQİQƏ açıqlaması: “Atəşkəs razılaşmasına yaxınıq”

HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşmasına yaxın olduqlarını və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını söyləyib.

Gununsesi.info xəbər verir ki, HƏMAS-ın Telegram hesabında İsmayıl Haniyənin atəşkəslə bağlı verdiyi açıqlama yer alıb.

“Hərəkat Qətərdəki qardaşlarına və vasitəçilərinə cavab verdi. Atəşkəs razılaşması əldə etməyə yaxınıq”, – deyə o bildirib.

Gununsesi.info