Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü - FOTO

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qax rayonunda vətəndaşları qəbul edib.

Gununsesi.info  səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə Qax və Zaqatala rayonlarından olan sakinlər iştirak ediblər.

Qəbul zamanı “Azərişığ”ın fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb. Həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

“Azərişıq” ölkənin bütün regionlarında vətəndaşlarla, eləcə də sahibkar və fermerlərlə görüşlər təşkil edir, onların təklif və tövsiyələri dinləyir. Bu cür tədbirlərin keçirilməsində məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.