Hərbi prokurorun biznesmen müavini bu məşhurun şərikidir - FOTO

  • By admin
  • 28 Yanvar 2021 14:41

Bir neçə gün əvvəl Hərbi Prokurorun müavini Şəfayət İmranovla bağlı dərc etdiyimiz məlumatdan sonra onun barəsində daha bir fakt redaksiyamıza təqdim olunub.
Qeyd edək ki, Şəfayət İmranovla bağlı yazımızda onun bir sıra qanunsuz əməllərindən bəhs olunmaqla yanaşı həm də onun ölkə hüdudlarından kənarda biznes sahibi olması vurğulanıb.
Yazıda qeyd olunurdu ki, ölkənin yeni Baş Prokuroru Kamran Əliyev də Şəfayət İmranovun əməllərindən xəbərdardır və yaxınlarda onu vəzifəsindən kənarlaşdıracaq.
Redaksiyamıza daxil olan son məlumatda isə Şəfayət İmranovun tanınmış iş adamı Fərhad Əhmədovla şərikli biznesinin olduğu deyilir.
Hər iki şəxs Göyçaydan olduqlarndan bizneslərini də şərik qurublar.
İddialara görə, Şəfayət İmranov bəzi dairələrdə Rusiyanın hüquq-mühafizə orqanları ilə hazırda problem yaşayan Fərhad Əhmədovu qoruduğunu dilə gətirib.

Gununsesi.info