Hacıqabulda piyadanı maşın vurub öldürdü

  • By admin
  • 20 İyul 2021 23:03

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keşən hissədə qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsifova Sevda Ramazan qızını vurub. Ağır xəsarətlər alan piyada Şirvan xəstəxanasına çatdırılıb və aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır .

 

Gununsesi.info