
Hacıqabulun Abulyan kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
Gununsesi.info-nun məlumatına görə, xəsarət alan 3 nəfərdən biri – Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
Gununsesi.info