Hadisə xəstəxanaya yerləşdirildi

  • By admin
  • 26 May 2023 13:38

Türkiyənin pop ulduzu Hadisə xəstəxanaya yerləşdirilib.

Gərgin iş rejimində işləyən müğənni özünü narahat hiss etdiyi üçün təcili xəstəxanaya aparılıb.

Kiprə konsertə gedərkən halı pisləşən Hadisə başına gələnlərlə bağlı danışıb:

“İstanbulda möhtəşəm konsert proqramı ilə çıxış etdim. Gecə yatıb səhər oyandıqdan sonra boynum tutulmuşdu. Özümü narahat hiss etdim, sistem köçürüldü, həkimim müdaxilə etdi. Kiprə gələndə də müalicəyə davam etdi. Sayənizdə ayaq üstəyəm və sizinlə bir yerdəyəm”.

Gununsesi.info