Hollandıyada köçkünlər mərkəzində ildə 360 uşaq itkin düşüb

  • By admin
  • 26 May 2023 15:45

Hollandiyada köçkünlərin yerləşdiyi mərkəzdə 1 ildə 360 nəfər uşaq itkin düşüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, köçkün uşaqların bir qismi Avropadakı yaxınlarının yanına gedərkən, digərləri isə narkotik mafiyası və cinayətkar təşkilatların şəbəkəsinə düşüblər.

Uşaqların itkin düşməsini araşdıran sərhəddənkənar jurnalistika qurumu Lost in Europe və Argos jurnalistlər cəmiyyəti ilə birlikdə etdiyi araşdırmaya görə keçən il 4449 sahibsiz köçkün uşaq Hollandiyaya sığınmaq üçün müraciət edib.

Keçən ilin yanvar ayından bəri 360 uşaq sığınacaq mərkəzlərindən itkin düşüb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info