Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?

  • By admin
  • 26 May 2023 15:50

Yunan mediasının Türkiyəyə marağı getdikcə davam edir. Bu dəfə də Türkiyə iqtisadiyyatı Yunanıstan iqtisadiyyatı ilə müqayisə edilib.

Gununsesi.info yunan mediasına istinadən xəbər verir ki, SLpress saytında “Yunanıstan niyə Türkiyə ilə rəqabət apara bilmir?” adlı məqalə dərc olunub.

Məqalədə Türkiyənin iqtisadi böyüklüyü 905 milyard dollar, Yunanıstanın isə 223 milyard dollar olduğu vurğulanır.

İki ölkənin iqtisadiyyatları arasındakı böyük fərqə diqqət çəkən yazıda “Zaman Türkiyənin xeyrinə gedir” qeyd edilib.

Eyni zamanda məqalədə Türkiyənin sənaye, tikinti, kənd təsərrüfatı istehsalı, turizm kimi bütün sektorlarda təsirli iqtisadi artımı göstərilərək, ölkənin böyük gücə malik olduğu, dünyanın ən böyük yüngül ticari avtomobil istehsalçısı kimi olduğu da bildirilib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info