Husilərə qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

  • By admin
  • 07 Mart 2021 19:29

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hava əməliyyatı başladıb.

Gununsesi.info xəbər verir ki, bu barədə koalisiyadan olan etibarlı mənbələr məlumat verib.

Bildirilib ki, Yəmənin paytaxtı Səna başda olmaqla, fərqli bölgələrdə husilərə qarşı hava əməliyyatları başladılıb.

Əməliyyat çərçivəsində husilərin manevr imkanlarının məhdudlaşdırılmasına yönəlik hücumlar ediləcəyi, mülki hədəflərin isə “qırmızı xətt” olaraq qəbul edildiyi qeyd edilib.

Hücum əməliyyatının elan olunmasından bir müddət əvvəl koalisiya döyüş təyyarələri Sənaya hava zərbələri endirib.

Gununsesi.info