İfrat sağçı baş nazir kin püskürdü: “Avropada İslama yer yoxdur”

  • By admin
  • 18 Dekabr 2023 13:46

İtaliyanın ifrat sağçı baş naziri Giorgia Meloni İslamla bağlı qalmaqallı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, baş nazir İslamın Avropada yeri olmadığını bildirib. “İslam mədəniyyəti ilə sivilizasiyamızın dəyər və hüquqları arasında harmoniya problemi olduğuna inanıram”, – deyə o bildirib.

İtaliyanın baş naziri Meloni ifrat sağçı “İtaliya Qardaşları” (FdI) partiyasının ənənəvi “Atreyu” siyasət festivalı tədbirindən sonra İslamla bağlı mürtəce açıqlamalar verib.

“İslam mədəniyyəti ilə sivilizasiyamızın dəyər və hüquqları arasında harmoniya problemi olduğuna inanıram. İtaliyada İslam mədəniyyəti mərkəzləri şəriət qanunlarının qüvvədə olduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada islamlaşma prosesi gedir ki, sivilizasiyamızın dəyərlərindən uzaqdır”, – deyə o bildirib.

Gununsesi.info