“İrəvanla Moskva arasında münasibətlərdə problem var” - Mirzoyan

  • By Mina
  • 20 Aprel 2024 09:20

“İrəvanla Moskva arasında münasibətlər heç də ən yüksək səviyyədə deyil”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan “Arab News”a müsahibəsində deyib.

Mirzoyan ölkələr arasında problem olduğunu bildirərək, ənənəvi bəhanələri sadalayıb.

Bildirib ki, ötən illərdə müttəfiqlik səviyyədə münasibətləri olan Rusiya son dönəmlər regiondakı hadisələrə etinasız yanaşır.

Buna baxmayaraq, o, bu istiqamətdə Rusiya ilə işlədiklərini də bildirib.

Gununsesi.info