İran Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

  • By admin
  • 13 Oktyabr 2022 19:31

Azərbaycan Respublikası İran İslam Respublikasının qonşuları içərisində İran üçün çox vacib tərəfdaşdır.

Gununsesi.info xəbər verir ki, bunu oktyabrın 13-də Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən İran Prezidenti deyib ki, İranın Azərbaycanla əməkdaşlığı hərtərəfli inkişaf etdirmək üçün ciddi niyyəti var.

Gununsesi.info