İran Hörmüz boğazından keçən gəmilərdən alınan haqlardan əldə edilən ilk gəlirin dövlət xəzinəsinə köçürüldüyünü açıqlayıb.
Gununsesi.info xəbər verir ki, parlamentin Rəyasət Heyətinin üzvü Abbas Papizadə ISNA agentliyinə bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən alınan ödənişlər rəsmi olaraq İran Mərkəzi Bankına yatırılıb və oradan dövlət xəzinəsinə ötürülüb.
Papizadə qeyd edib ki, gəmilərdən alınan rüsumun məbləği gəminin növünə və daşıdığı yükün xüsusiyyətinə görə dəyişir. O əlavə edib ki, bu tətbiq su yollarındakı hərəkət (naviqasiya) şəraiti nəzərə alınaraq həyata keçirilir.
Papizadə həmçinin vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, sahilyanı dövlətlər öz ərazi sularına daxil olan gəmilərdən keçid haqqı tələb edə bilər.
Əldə olunan gəlirin istifadəsi ilə bağlı isə o bildirib ki, bu vəsaitlər dövlət gəliri kimi ümumi büdcəyə daxil edilir və onların necə xərclənəcəyinə daha sonra qərar veriləcək.











