İran Hörmüz boğazını yenidən bağladı

  • By Admin2
  • 20 İyun 2026 17:35

İran İslam Respublikası Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq Hörmüz boğazını yenidən gəmi hərəkəti üçün bağlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

İran Silahlı Qüvvələrini koordinasiya edən “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı yaydığı bəyanatda bildirib:

“ABŞ-ın müharibənin dayandırılmasına dair memorandumun birinci bəndini yerinə yetirməməsi və öhdəliklərini açıq şəkildə pozması, həmçinin İsrailin Livanın cənubunda atəşkəsi davamlı şəkildə pozması, yüz minlərlə mülki insanın öldürülməsi və didərgin salınması, eləcə də İsrail qüvvələrinin Livanın cənubundakı işğal olunmuş ərazilərdən geri çəkilməməsi səbəbindən Hörmüz boğazının gəmi hərəkəti üçün bağlandığı elan edilir”.

Bəyanatda qeyd olunur ki, bu addım düşmənin öhdəliklərini pozmasına verilən cavabın ilk mərhələsidir. Əgər təcavüz davam edərsə, düşməni öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün növbəti addımlar da planlaşdırılacaq və həyata keçiriləcək.

Gununsesi.info