İran İsrailə hücum etdi -NETANYAHU XALQINA SƏSLƏNDİ

  • By admin
  • 14 Aprel 2024 00:36

Bugün axşam saatlarında İran İsrailə doğru pilotsuz uçan aparatlar atıb.

Gununsesi.info-nun xəbərinə görə, həmin aparatlar zərərsizləşdirilib.

Bu arada isə İsrailin baş naziri xalqa müraciət edib.

Müraciətdə deyilir:

“İsrail illərdir ki, İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiədə, həm də hücumda hər şeyə hazırdır.Son illərdə və hətta son həftələrdə İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır. Müdafiə sistemləri hazırlıq vəziyyətindədir, biz həm müdafiə, həm də hücumda hadisələrin hər cür inkişafına hazırıq”.

Gununsesi.info