İstanbulda 21-ci Beynəlxalq Türkiyə Hemofiliya Konqresi keçirilib - FOTOLAR

  • Müəllif: Günel
  • 30 Sentyabr 2024 13:11

26-28 sentyabr 2024-cü il tarixdə Türkiyənin İstanbul şəhərində 21-ci Beynəlxalq Türkiyə Hemofiliya Konqresi keçirilmişdir.Türkiyə Cümhuriyyəti Sağlıq Bakanlığı və Türkiyə Hemofiliya Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə tibb işçiləri ilə bərabər 500-ə qədər hemofiliyalı xəstə və ailə üzvləri də iştirak etmişdir.

Konqresin açılış panelində Dünya Hemofiliya Federasiyasının prezidenti Cezar Garrido,İstanbul Universiteti rektoru prof.Osman Bülənt Zülfikar,Ege Universiteti prof.Kaan Kavaklı,Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru prof.Nazim Qasımov çıxış etmişdir.

Hemofiliya sahəsində dünya liderlərinin yer aldığı konqresdə Avropadan prof.Jan Blatny,prof.Yeşim Dargaud,Kanadadan prof.Glenn Pierce və Türkiyəli mütəxəssislər hemofiliyanın müasir müalicəsi, gen mühəndisliyinin effektivliyi, yeni dərman preparatlarının tətbiqi sahəsində nailiyyətlər, qan laxtalanma problemi olan qadınların hamiləlik və doğum məsələləri, hemofiliyada yaşlanma, insanların həyat keyfiyyəti, ortopedik ağırlaşmalar, inhibitor və onunla mübarizə, hematologiyada süni intellektin tətbiqi geniş müzakirə olunmuşdur.

Konqresdə İTSDA Tibbi planlama departamentinin rəhbəri prof.Hikmət İbrahimli, Ə.Əliyev ad.ADHTİ rektoru prof.Nazim Qasımov, hematologiya kafedrasının müdiri,dos.Qədimova E.,assistentlər t.ü.f.d.Kazımova M.,t.ü.f.d.Əlizadə G.,TƏBİB tabeli RKX hematologiya şöbəsinin həkimləri Talıbova M.,Hasilova A.iştirak etmişdir. M.Kazımova və G.Əlizadə medikal paneldə Azərbaycanda hemofiliya sahəsində görülmüş işlər və əldə olunan nailiyyətlər haqda məruzə ilə çıxış etmişlər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Gununsesi.info