Kanalda batan respublika çempionunun meyiti tapıldı 

Yuxarı Şirvan suvarma kanalının Ağdaş rayonu Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, kənd sakini, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlının meyiti batdığı istiqamətdə aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanalda batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.