İclas zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyası sülhün dəstəklənməsinin vacibliyini vurğulayıb, lakin Koçaryan və Sarkisyan tərəfdarı deputatlar etiraz olaraq zalı tərk ediblər.
Gununsesi.info-ya danışan siyasi şərhçi Elçin Rüstəmli bildirib ki, Koçaryan və Sarkisyan tərəfdarı deputatların zalı tərk etməsi seçiqabağı erməni cəmiyyətinə pis mesaj verir.

“Sorğular göstərir ki, əhali Azərbaycanla sülh gündəliyini dəstəkləyir və münaqişənin yenidən başlamasından qorxur.
Onlar zaldan çıxmaqla ermənilərə nə demək istəyiblər? Sülhü dəstəkləmirik, yaxşı bəs sonra? Sonrasına ermənilər hazır deyil axı…”-deyə o əlavə edib.
Şəbnəm











