Konfrans Liqası: “Fənərbağça” ilk oyunda məğlub olub

  • By ilhame
  • 11 Aprel 2024 22:58

Türkiyənin “Fənərbağça” klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.

 

Gununsesi.info-nun məlumatına görə, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda “Olimpiakos”un qonağı olub.

 

Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3.

 

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.

Gununsesi.info