Koronavirusa qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

  • By admin
  • 20 Noyabr 2020 22:09

“Vektor” mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.

“Klinik tədqiqatlar göstərir ki, “EpiVacCorona” peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib” – deyə mərkəzdən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, “Vektor” peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.

Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər.

 

 

Gununsesi.info