Kremldən Odessa limanına hücumu ilə bağlı BƏYANAT

  • By admin
  • 25 İyul 2022 14:47

Ukrayna və Rusiya arasında İstanbulda imzalanan “taxıl dəhlizi” razılaşmasından bir gün sonra Odessa limanına hücumla bağlı Kremldən ilk açıqlama gəldi.

Gununsesi.info xəbər verir ki, Kremldən verilən açıqlamada Odessaya edilən hücumlarda taxıl ticarətinin aparıldığı liman deyil, infrastruktur obyektlərinin hədəf alındığı ifadə edilərək, bu vəziyyətin əldə edilən razılaşmaya təsir etməyəcəyi qeyd olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi də dünən verdiyi açıqlamada, Rusiya qüvvələrinin Odessa limanında Ukraynaya məxsus döyüş gəmisini və ABŞ-dan tədarük edilən “Harpun” gəmi əleyhinə raketləri olan anbarı məhv etdiyini bildirib.

Gununsesi.info