KTMT missiyası Ermənistana bu tarixdə gələcək

  • By admin
  • 14 Sentyabr 2022 19:00

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası sentyabrın 15-də Ermənistana gələcək”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Sabah KTMT missiyasının Ermənistana gələcəyini gözləyirik. Bizim müraciətimiz KTMT-də lazımi qaydada müzakirə olunub”, – deyə Mirzoyan parlamentdə hökumət saatında çıxış edərkən bildirib.

Xatırladaq ki, çərşənbə axşamı KTMT Şurası videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın missiyasını Ermənistana göndərmək barədə qərar qəbul edib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.

Missiyanın tərkibinə KTMT-nin baş katibi Stanislav Zas, KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Anatoli Sidorov və təşkilata üzv dövlətlərin nümayəndələrinin daxil olması nəzərdə tutulur.

Gununsesi.info