“Liverpul”dan tarixi uğursuzluq: 60 ilin ən pis göstəricisi

  • Müəllif: Ayshan
  • 23 Noyabr 2025 11:30

İngiltərə Premyer Liqasının 12-ci turunda “Nottingem Forest”ə 3:0 hesabı ilə məğlub olan “Liverpul” yarışda son 60 ilin ən pis nəticəsinə görə anti-rekorda imza atıb.

Gununsesi.info  bu barədə “Opta Sport” statistika portalına istinadən xəbər verir.

“Liverpul” 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) aldılar. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.

“Liverpul” hazırda 18 xalla İngiltərə çempionatının 11-ci pilləsində qərarlaşıb.

Gununsesi.info