Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə vəzifəsindən ayrılıb.
Onun yerinə bir neçə namizədin adı çəkilir.
Namizədlər arasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin də olduğu bildirilir.
Gununsesi.info-nun araşdırmasına əsasən, Məleykə Abbaszadənin yerinə Elnur Əliyevin təyin olunması gözlənilir.
Qeyd edək ki, təhsil sahəsində də çalışmış Elnur Əliyev hazırda DİM-in Müşahidə Şurasının üzvüdür.
Xatırladaq ki, bu ayın əvvəlində DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri Süraya Cəfərova vəzifəsindən azad edilib.
Bundan başqa, DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri Elşən Cabbarov da vəzifəsindən azad edilib.
Şəbnəm Rəhimova












