“Mən milyon faiz rusam”: Steven Sigal

Stiven Siqal Moskvada russofillərin Konqresində iştirak edib. Beynəlxalq Russofillər Hərəkatının təsis qurultayının açılışında aktyor Rusiya Federasiyasına məhəbbət haqqında alovlu nitq söyləyib. Xüsusən də, Siqal nənə və babasının yəhudi mühacir olmasına baxmayaraq, “rus ailəsində” böyüdüyünü bildirib.

Bu barədə, Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Aktyor Stiven Siqal çərşənbə axşamı, martın 14-də, Beynəlxalq Russofillər Hərəkatının təsis qurultayında iştirak edərək, tədbir çərçivəsində o, “yüz faiz rusofil”, “milyon faiz rus” olduğunu bəyan edib. “Mənim atam rus idi, mən rus ailəsində böyümüşəm, anam da rus mədəniyyətinə qarışmışdı. Atam savadlı insan idi və biz rus ədəbiyyatını, mədəniyyətini, adət-ənənələrini, bütün böyük müəlliflərini bilirdik. Mən özümü tam olaraq rus kimi görürəm”, – aktyor şərh edib. Siqal “Qoy danışsınlar” tok-şousuna verdiyi müsahibədə ata tərəfdən əcdadlarının Sibirdə Vladivostokda yaşadığını deyib. O, həmçinin bildirib ki, genetik araşdırma onun yakut və buryat əsilli olduğunu göstərib.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info