Mərkəzi Bank 17 sığorta agentinin lisenziyasını ləğv etdi

  • By admin
  • 14 Yanvar 2023 14:23

Azərbaycan Mərkəzi Bankı (AMB) 15 nəfər fiziki şəxsə, 1 hüquqi şəxsə və 1 müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 11 yanvar 2023-cü il tarixli qərarı ilə qəbul edilib.

Gununsesi.info