Meymunçiçəyinə yoluxma sayı 900-ü ötdü

  • By admin
  • 04 İyun 2022 09:10

ABŞ-da daxil olmaqla dünyanın 29 ölkəsində 900-dən çox insanın meymun çiçəyi virusuna yoluxma halı müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə CDC tibbi tənzimləyicisinin veb saytında dərc edilən məlumatda deyilir.

Rəsmi açıq mənbələrdən alınan məlumatlar əsasında formalaşdırılan interaktiv xəritəyə əsasən, dünyada 909 meymun çiçəyi xəstəliyi qeydə alınıb. İnfeksiyaların sayına görə lider 225 nəfərin xəstələndiyi Böyük Britaniyadır. İspaniya 186 hadisə ilə ikincidir. İlk üçlüyü 143 xəstə ilə Portuqaliya tamamlayır.

Gununsesi.info