Meyvə yığarkən boğulub öldü

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Qəmərvan kəndində baş verib.

1982-ci il təvəllüdlü Ağasıyev Rövşən Ağamurad oğlu dünən bağ sahəsində meyvə yığarkən su quyusunun yuxarı hissəsində olan mildən asılı qalıb. Nəticədə o, boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info