Bakıda dondurma sata-sata rəqsləri ilə diqqət çəkən və sosial şəbəkələrdə “çılğın dondurmaçı” kimi tanınan şəxsin çıxışları müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, Rüfət Nasosnu rəqslərin özünə etiraz etmədiyini, lakin kişi müştərilərlə rəqs zamanı davranışın fərqli olmalı olduğunu vurğulayıb.
O, bu barədə deyib:
“Mən çılğın dondurmaçının rəqslərinə qarşı deyiləm, amma oğlanlarla oynayanda xarakterik rəqs etsin! Yanbızlarını tərpədib kişilərlə rəqs etməzlər. Bu, bizim mentalitetə uyğun deyil”.
Qeyd edək ki, Bakıya gələn “çılğın dondurmaçı” dondurma satışı zamanı nümayiş etdirdiyi rəqslər və şou elementləri ilə sosial mediada geniş maraq doğurub. Onun çıxışları birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalara səbəb olub.
Elmar












