Millimizə texniki məğlubiyyət verildi

  • By admin
  • 10 Noyabr 2021 20:57

UEFA Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına texniki məğlubiyyət verib.

Gununsesi.info xəbər verir ki, buna yığmanın koronavirusa yoluxma hallarına görə Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxa bilməməsi səbəb olub.

Qeyd edək ki, 3-cü qrupda yer alan millinin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun COVİD-19 testi müsbət çıxdığından komanda Norveç, Belçika və Lüksemburqla matçlarda iştirak edə bilməyib.

Gununsesi.info