Miqrantların daşınmasına görə 280 il həbs

Yunanıstan həbsxanasında 4760 il cəza çəkən misirli balıqçı məhkəmə tərəfindən 3 əsrə yaxın həbs cəzasına məhkum edilib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

2022-ci ilin noyabrında 336-sı kişi, 10-u qadın, 128-i oğlan və 9-u qız olmaqla, 500-ə yaxın adamı Liviyadan Yunanıstana “qaçaqmalçılıq” da təqsirli bilən H.Elfallah, əvəzinə 280 il daha qısa cəza aldı.

İnsan haqları qrupları gəmini idarə edən miqrantlardan biri olan Elfallahın Yunanıstan hakimiyyəti tərəfindən günah keçisi kimi istifadə edildiyini bildirərək hökmü pisləyib. 45 yaşlı misirli balıqçı miqrant qayığı 2022-ci ilin noyabr ayının sonunda Kritdəki Paleoxora limanına çatanda göyərtəsində olub. Sahil yaxınlığında güclü küləkdə idarəetməni itirən komanda Yunanıstan sahil mühafizəsinə fəlakət siqnalı göndərərək insanları xilas edib.

Təşkilatın məlumatına görə, misirli artıq Böyük Britaniyada yaşayan başqa bir oğluna qovuşmaq istəyib.
Tərcümə: Adil
Gununsesi.info