Müəllimini güllələyən şagird liseyə silahla belə daxil olub - VİDEO

  • By Admin2
  • 06 Fevral 2026 17:00

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən İdrak Liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəllimi – 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Gununsesi.info xəbər verir ki, 10-cu sinif şagirdi Ə.Ş-nin çiynində çanta ilə liseyə daxil olduğu görüntülər yayılıb.

Videoda görünür ki, şagird çiynində idman çantası ilə gəlir, buraxılışda şagird vəsiqəsini vurub məktəbə daxil olur.

Qeyd edək ki, sözügedən görüntüləri Musteqil.az saytı yayıb.

Gununsesi.info