Müsəlman Birliyi Hərəkatı üzvü Mahir Əzimovdan xəbər var

  • By admin
  • 04 İyun 2023 17:01

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün azadlığa buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, Mahir Əzimov bir az əvvəl 3 günlük həbsdən buraxılıb.

Qeyd edək ki, Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd Əzimov ötən gün dənizdə boğulub.

M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

 

Gununsesi.info