Naftalanda 7 km uzunluğunda velosiped yolu istifadəyə verilib

  • By admin
  • 26 İyul 2021 17:37

Azərbaycanın müalicəvi sağlamlıq turizminin mərkəzi sayılan, unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış  Naftalan şəhərində sakinlərin həmçinin, şəhərə gələn yerli və xarici turistlərin rahatlığının təmin olunması üçün şəhərin bütün infrastrukturunun inkişafına diqqət daha da artırılıb.

Gununsesi.info xəbər verir ki, velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 km yaxın velosiped zolağı çəkilib.

Həmçinin, şəhərdə DTA və ATB tərəfindən turislər üçün yeni  istiqamətverici turizm məlumat nişanları  və ərazi göstərici nişanları quraşdırılıb.