Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb

  • By admin
  • 06 May 2021 16:55

2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5%, apreldə isə 62,5% artıb.

Gununsesi.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. Pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir. İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin 4 ayında qeyri-neft ixracı 26,5%, apreldə isə 62,5% artıb.