Nazir Sahibkarlığın İnkişafı Fonduna ayrılan vəsaiti açıqlayıb

  • By admin
  • 31 May 2023 11:28

“Sahibkarlığın İnkişafı Fonduna ümumilikdə 145,9 milyon manat güzəştli kredit ayrılıb”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb”.

Gununsesi.info