Niderland məhkəməsi komendant saatının qaldırılmasına qərar verdi - HÖKUMƏT SƏLAHİYYƏTİNDƏN SUİ-İSTİFADƏ EDİB

  • By admin
  • 17 Fevral 2021 22:29

Niderland hökumətinin COVID-19 siyasəti çərşənbə axşamı böyük zərbə alıb. Belə ki, hakim hökumətin tətbqi etdiyi komendant saatının dərhal qaldırılmasına qərar verərək, hökumətin fövqəladə səlahiyyətlərindən sui-istifadə etditini bildirib. Hökumət dərhal qərarla bağlı apleylasiya şikayəti irəi sürüb.

Baş nazir Mark Rutte komendant saatını yanvar ayında COVID-19-u yayılmasının qarşısını almaq məqsədilə tətbiq edib. Axşam saat 9 ilə səhər saat 4:30 arasında yalnız təcili ehtiyacı olan insanların bayıra çıxmalarına imkan verən komendant saatı İkinci Dünya Müharibəsindən bəri ölkədə tətbiq olunan ilk komendan saatı idi. Onun fevralın 9-da başa çatacağı gözlənilirdi, lakin ötən həftə azı martın 3-dək uzadılıb.

Komendant saatı ilk tətbiq olunandan sonra ölkədə bir neçə gün zorakı etirazlar keçirilib. Bu etirazların bir neçəsinə başçılıq edən bir qrup, Viruswaarheir (Virus Həqiqəti) çərşənbı axşamı qərarın çıxdığı məhkəmə işinin başladılmasına səbəb olub.

Məhkəmə qərarından sonra keçirilən mətbuat konfransınd Rutte komendant saatını müdafiə edib və onun məqsədinin virusu nəzarət altında saxlamaq olduğunu söyləyib. O deyib ki, insanların azadlıqlarının olmasını istədə də, onların həm də sağlam olmalarını istəyir. O, insanları hökümətin apellyasiya şikayəti təmin olunsa da, olunmasa da, komendan saatına əməl etməyə çağırıb.

Associate Press bildirir ki, çərşənbə axşamı hökumətin komendant saatının davam etməsi üçün təqdim etdiyi apellyasiya müraciəti ilə bağlı məhkəmə işi Viruswaarheid üzvü məhkəməyə sədrlik edən hakimi qərəzli olmaqda ittiham etməsindən sonra dayandırılıb. AP apellyasiya müraciətinə cümə günü baxılacağını bildirir.

Gununsesi.info