Ölkədə təhsil alan şagirdlərin sayı açıqlandı

  • By Mina
  • 18 Aprel 2024 13:03

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tərkibində 4 min 329 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, agentliyin tərkibində 1668 məktəbəqədər təhsil müəssisəsi, 145 məktəbdənkənar təhsil müəssisəsi var.

 

“Ümumi təhsil müəssisələrində 1 milyon 700 mindən çox təhsilalan var. 106 min 212 nəfər məktəbəqədər təhsil müəssisələrində, 121 min 197 nəfər məktəbdənkənar təhsil müəssisələrində təhsil alır. 2022-2026-cı illərdə İqtisadi İnkişaf Strategiyasına əsasən agentliyin hədəfi məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır”, – deyə Eşqi Bağırov qeyd edib.

Gununsesi.info