Onlar üzr istəməyi bacarmırlar - Politoloq

  • By admin
  • 07 May 2022 10:39

“Rusiya siyasətçiləri və diplomatları üzr istəməyi bacarmırlar”. 

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə yəhudləri təhqir etdi, ardınca rəhbəri olduğu Xarici İşlər Nazirliyi vasitəsilə bəyanat yayımlayaraq mövzunu “yaxşı eləmişəm”ə gətirdi:

“İsrail prezidenti rusiyalı həmkarıyla telefonla danışdı. Bundan sonra İsraildən yayımlanan açıqlamada Vladimir Putinin israilli həmkarından Lavrovun sözlərinə görə üzr istədiyi bildirildi. Ancaq Kremldən yayımlanan məlumatda prezidentlərin telefon danışığı zamanı Putinin üzr istəməsinə dair cümlə yox idi. Əslində Lavrov Hitleri yəhudi elan etdikdən sonra Rusiyada bunun yanlış açıqlama olduğunu çoxları anlayırdı. Ancaq qorxularından biri səsini çıxarıb yüngülcə də olsa, etirazını bildirmədi”.

Gununsesi.info