Paşinyan Putini Rusiya Günü münasibətilə təbrik etdi

  • By Admin2
  • 12 İyun 2026 13:57

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Gununsesi.info-nun xəbərinə görə, mətndə deyilir: “Rusiya Federasiyasının milli bayramı – Rusiya Günü münasibətilə təbriklərimi qəbul edin.”

Paşinyan əmindir ki, iki xalq arasındakı çoxşaxəli əlaqələr və hər iki ölkənin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət əsasında açıq və konstruktiv dialoqa hazırlığı Rusiya ilə Ermənistan arasında münasibətləri möhkəmləndirməyə davam edəcək.

Maqsud

Gununsesi.info