Paşinyanın əmrinin icrasından imtina edən polis rəisi istefa verdi

  • By admin
  • 05 İyun 2021 23:37

Ermənistanın Araqaçotn əyalətinin polis rəisi Vaqan Azqaşyan istefa haqqında ərizə yazıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “ArmLur.am” bildirib.

Qeyd edilir ki, buna onun ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın əmrlərinin icrasından imtina etməsi səbəb olub. “O, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əmrləri yerinə yetirməkdən imtina etdi və vəzifəsindən getməyə qərar verdi”, – deyə agentliyin məlumatında qeyd edilir.

Agentlik polis rəisinin baş nazirin əmrlərinə qarşı çıxmasını “vətənpərvərlik” kimi qələmə verib.

Vaqan Azqaşyan

Gununsesi.info