Peskov: “Üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir”

  • By admin
  • 09 Noyabr 2021 15:35

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir”.

Gununsesi.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, imzalanmış sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib əhəmiyyətlidir:

“Biz bunu, müharibəyə son qoyaraq, regional iqtisadiyyat və infrastrukturun sülh yolu ilə inkişafına şərait yaradan sənədlər kimi qiymətləndiririk. Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejiminin monitorinqini, qaçqınların geri qaytarılması prosesini təmin edirlər. Bu səbəbdən imzalanmış sənədlərin əhəmiyyətini sözlə ifadə etmək çətindir”.

Gununsesi.info