Peyvənd olunanların sayı açıqlandı

  • By admin
  • 23 Dekabr 2021 19:15

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 27 494 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.

Gununsesi.info