Peyvənd olunanların sayı açıqlandı

  • By admin
  • 05 Dekabr 2021 16:58

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4363 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 19 959 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 702 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 278 nəfər təşkil edir.

Ümumilikdə isə 1 011 169 buster doza vurulub.

Gununsesi.info