Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

  • By admin
  • 02 Yanvar 2023 09:49

Şəmkirdə polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib.

Şəmkir Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Ülfət Bənnayev xidmətdə olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davrandığından atəş açılıb. Nəticədə o, yaralanıb. Dərhal Ü.Bənnayevə ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Gununsesi.info