Ukrayna Rusiyanın kəndini işıqsız qoydu

  • By admin
  • 02 Yanvar 2023 09:56

Ukraynaya məxsus pilotsuz təyyarə Rusiyanın Bryansk vilayətinin Klimovski yaşayış məntəqəsinə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib.

“Bu səhər Ukrayna PUA-ları Klimovski rayonuna hücum edib. Tələfat yoxdur. Hücum nəticəsində elektrik təchizatı obyektinə ziyan dəyib. Bu səbəbdən hazırda kənddə elektrik enerjisi yoxdur. Xilasetmə xidmətləri hadisə yerindədir”,- o, “Telegram” hesabında yazıb.

Gununsesi.info